“Roma” irqçiliyə etiraz etdi

“Roma” irqçiliyə etiraz etdi

İtaliyanın “Roma” klubu da ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümünə biganə qalmayıb.

Unikal.org xəbər verir ki, paytaxt təmsilçisi sosial şəbəkələrdə start verilən “Qaradərililərin həyatı önəmlidir” kampaniyasına dəstək nümayiş etdirib.

“Canavarlar”ın ötən gün baş tutan məşqindən öncə baş məşqçi Paulo Fonseka və yetirmələri diz çökərək irqçiliyə və polis vəhşiliyinə etiraz ediblər. Bu görüntülər klubun sosial şəbəkə hesablarında da nümayiş etdirilib.

Qeyd edək ki, ABŞ-da Corc Floydun ölümündən bəri əksər ştatlarda etiraz aksiyaları keçirilir. Artıq idman ictimaiyyətindən də etiraz nümayiş etdirənlər az deyil.

Mənbə: www.unikal.org