Premyer Liqa klublarının yoldaşlıq görüşü keçirmələrinə icazə verildi

Premyer Liqa klublarının yoldaşlıq görüşü keçirmələrinə icazə verildi

İngiltərə Premyer Liqasında çıxış edən klublar mövsümün bərpasından öncə yoldaşlıq görüşü keçirmək üçün federasiyadan icazə alıblar.

Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, oyunların keçirilməsi üçün klubların qarşısına müəyyən şərtlər qoyulub. Səyahət müddəti 90 dəqiqədən artıq olan, uzan məsafələrə gediş-gəlişlər tövsiyə olunmur. Oyunçular şəxsi nəqliyyat vasitələri ilə matçlara yollanmalıdı. Rəsmi hakimlərin yoldaşlıq görüşlərində iştirakına icazə verilmir. Onları məşqçilər korpusunun nümayəndələri əvəz etməlidi.

"Norviç" və "Nyukasl Yunayted" kimi, bir-birindən uzaq bölgələri təmsil edən klublar yoldaşlıq oyunu keçirmək üçün əvvəlcədən Premyer Liqadan icazə almalı olacaqlar.

Qeyd edək ki, İPL 17 iyunda bərpa ediləcək.

Mənbə: fanat.az