“Sumqayıt” 15 futbolçusu ilə anlaşıb

“Sumqayıt” 15 futbolçusu ilə anlaşıb

İki gündür məşqləri bərpa edən “Sumqayıt”da bütün futbolçuların durumu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisinin 15 futbolçusunun müqavilə müddəti oyunun 1-də başa çatsa da, rəhbərliyin bununla bağlı hər hansı bir narazılığı qalmayıb.

Çünki həmin oyunçuların hamısı ilə mövsümün sonuna qədər “kimyaçılar”da qalmaqla bağlı razılıq əldə olunub. Hətta icarə əsasında komandada çıxış edən hücumçu Peyman Babayi ilə də sözləşmənin avqusta qədər uzadılması razılaşdırılıb. Onun müqavilə ilə məxsus olduğu “Maşinsazi” klubunun bunda hər hansı bir problem yaratması gözlənilmir.

Hazırda “Sumqayıt” yalnız Aleksey İsayevsiz məşq keçir. Buna səbəb yarımmüdafiəçinin Rusiyada olmasıdır. Koronavirus pandemiyası səbəbindən sərhədlər bağlı olduğu üçün İsayev ən azı iyunun 15-dək Azərbaycana dönə bilməyəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də XXI turdan bərpa olunacaq. “Sumqayıt” həmin gün “Səbail”lə qarşılaşacaq.

Mənbə: apa.az