ABŞ-da yaşamadığı üçün babası sevinir

ABŞ-da yaşamadığı üçün babası sevinir

"Nyukasl”ın amerikalı futbolçusu Deandre Yedlin Corc Floydun polislər tərəfindən öldürülməsinə münasibət bildirib. Kaspi.az xəbər verir ki, Floyd öləndən sonra Yedlinin babası ona məktub yazıb. O, nəvəsinin ABŞ-da yaşamadığına görə sevindiyini bildirib: "Corx Floydun ölümündən 2-3 gün sonra babam mənə məktub yazdı. Məktubda bildirirdi ki, mənim hazırda ABŞ-da yaşamadığıma görə sevinir. Babam yazır ki, gənc qaradərilinin həyatı ABŞ-da həmişə təhlükədədir. Babam 1946-cı ildə anadan olub. İnsan haqları uğrunda mübarizə aparıb. ABŞ-da ağlasığmaz rasist dönəmini görüb. İndi 70 yaşı var, amma yenə də qaradərili nəvəsinin həyatı üçün narahatdır. Baxmayaraq ki, onun nəvəsi bu ölkədə doğulub, bu ölkənin milli komandasının şərəfini qoruyub. Hətta İngiltərədə çıxış edərkən də ABŞ-ı təmsil edib. İbtidai məktəbdə oxuyarkən işlətdiyimiz "hamı üçün azadlıq və ədalət” sözlərini xatırlayıram. Hər bir amerikalı özünə bu sualı verməlidir: "Azadlıq və ədalət hamı üçün var?” Əgər kimsə bu suala "var” cavabı verəcəksə, deməli, həmin adam da problemin bir hissəsidir. Biz heç vaxt qaradərili insanı ağdərilidən üstün tutmuruq. Biz deyirik ki, hamıya eyni münasibət göstərilsin. Mən Corc Floydun ailəsi, polis vəhşiliyi ucbatından həyatını itirən digər günahsız insanların yaxınları ilə həmrəyəm”.

Mənbə: kaspi.az