"Neftçi" qapıçısı ilə müqaviləni yenilədi - RƏSMİ

"Neftçi" qapıçısı ilə müqaviləni yenilədi - RƏSMİ

"Neftçi” klubu daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Kamran İbrahimovla anlaşma daha 2 illiyə artırılıb. 20 yaşlı qolkiper 2022-ci il mayın sonunadək "ağ-qaralar”ın formasını geyinəcək.

Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Ömər Buludov da yeni anlaşmaya imza atıb.

Mənbə: report.az