Bu il çimərlik futbolu üzrə Azərbaycan çempionatı keçirilməyə bilər

Bu il çimərlik futbolu üzrə Azərbaycan çempionatı keçirilməyə bilər

“Bu ay çimərlik futbolu üzrə Azərbaycan çempionatının keçiriləcəyi gözlənilmir”.

Bunu Oxu.Az-a Azərbaycan Çimərlik Futbolu Federasiyasının direktoru Rüfət Həsənov deyib.

Açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verildiyindən, çimərlik futbolu üzrə Azərbaycan çempionatının keçirilməsində heç bir problem qalmayıb. Lakin bu il ölkə birinciliyinin keçirilməsi mümkün olmaya bilər.

“AFFA-ya bununla bağlı elektron məktub yollamışıq. Hələlik bizə cavab verilməyib. Uşaq liqaları ləğv olunduğundan, aşağı yaş qrupları üzrə çempionat baş tutmayacaq. Hər şey iyulda məlum olacaq. Amma ola bilər ki, bu il heç böyüklər arasında Superliqa da keçirilməsin”.

Qeyd edək ki, ötən ilin iyununda 10, 14, 19 yaşadək komandalar, eləcə də, böyüklər arasında Azərbaycan çempionatı keçirilib. U-10 liqasında “Sunami”, U-14-də EFA və U-19-da “İdman Akademiyası” komandaları qalib olub.

17-23 iyun tarixlərində keçirilmiş böyüklərin Superliqa turnirində “Standart”, “Yasamal”, “Şuşa Qarabağ”, “Neftçi”, “Zirə” və “Marafon” (Sabirabad) komandaları mübarizə aparıb. İlk Azərbaycan çempionu “Zirə” olub.

Mənbə: www.oxu.az