UEFA-nın ÇL və AL-lə bağlı yeni planı: "Səkkizlər finalı"

UEFA-nın ÇL və AL-lə bağlı yeni planı: "Səkkizlər finalı"

UEFA Çempionlar Liqası və Avropa Liqasının qalan oyunları ilə bağlı qərar qəbul etməyə yaxındı.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hər iki turnirin "Səkkizlər finalı" formatında keçiriləcəyi və həlledici mərhələyə Portuqaliyanın paytaxtı Lissabon şəhərinin ev sahibliyi edəcəyi gözlənilir.

1/4 finaldan etibarən komandaların öz aralarında iki yox, bir oyun keçirəcəyi bildirilir.

"Səkkizlər finalı"nın Madrid və Münhen şəhərlərində keçirilmək ehtimalı da var. UEFA yekun qərarını 17 iyunda açıqlayacaq.

Mənbə: fanat.az