Ranqnik bu futbolçuları "Milan"a gətirmək istəyir - SİYAHI

Ranqnik bu futbolçuları "Milan"a gətirmək istəyir - SİYAHI

Ralf Ranqnik "Milan"ın baş məşqçi postuna əsas namizəddi.

Fanat.Az "Milan News"a istinadən xəbər verir ki, Ranqnik klubun icraçı direktoru İvan Qazidis və sahibi Pol Sinqerlə görüşüb. Görüş zamanı "qırmızı-qaralar"ın gələcək transfer planları müzakirə olunub.

Alman mütəxəssis rəhbərlikdən 5 futbolçunun transferini istəyib. Siyahıda Nikola Milenkoviç ("Fiorentina"), Denzel Dumfris (PSV), Florentinu Luiş ("Benfika"), Dominik Soboslai ("Zaltsburq") və Luka Yoviçin ("Real") adları yer alıb.

Ranqnikin "Milan"dakı köməkçilərinin Aryedo Brayda və Daniele Bonera olacağı gözlənilir.

Mənbə: www.fanat.az