MPK videokonfrans keçirdi

MPK videokonfrans keçirdi

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) videokonfrans şəklində ümumi yığıncağı keçirilib.

Sport7.az xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlər müzakirə edilib:

1. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Milli Abilimpiya Federasiyasının yaradılmasında təsisçi kimi iştirakı.

2. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin "Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında təsisçi kimi iştirak etməsi.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov yığıncaq iştirakçılarına müraciətindən sonra gündəmdə olan məsələlər müzakirə edildi. Müzakirələrdə ARMPK-nın vitse-prezidenti İlham Zəkiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova, ARMPK-nın üzgüçülük idman növü üzrə baş məşqçisi Alaverdi Culfayev, Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmov və "İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov çıxış etdilər. Səs vermə nəticəsində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Milli Abilimpiya Federasiyasının yaradılmasında təsisçi kimi iştirakı və "Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında təsisçi kimi iştirakı qərarları qəbul olundu.

Mənbə: sport7.az