"Atletiko"nun futbolçusu yeni klub yaratdı

"Atletiko"nun futbolçusu yeni klub yaratdı

Bir neçə gün əvvəl yeni klubunu açıqlayacağına dair paylaşım edən "Atletiko"nun futbolçusu Saul Niges məsələyə aydınlıq gətirib.

Qol.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qardaşı ilə birgə "Kosta Siti" adlı yeni klub yaratdığını bildirib. İspaniyalı futbolçu bu barədə Tvitter səhifəsində məlumat yayıb. Layihədə 30 komanda və 4-18 yaş arası 500 futbolçu olacaq.

Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan Saul 2013-cü ildən əsas komandada çıxış edir.

Mənbə: qol.az