Canni İnfantino: İrqçiliyə və zorakılığa hər birimiz “Yox!” deməliyik

Canni İnfantino: İrqçiliyə və zorakılığa hər birimiz “Yox!” deməliyik

Bakı, 3 iyun, AZƏRTAC

FIFA prezidenti Canni İnfantino ABŞ-da qaradərili vətəndaş Corc Floydun ölümünə etiraz olaraq keçirilən kütləvi aksiyalara dəstək nümayiş etdirib.

AZƏRTAC FIFA-nın saytına istinadla xəbər verir ki, C.İnfantino bildirib: “Bundesliqanın qarşılaşmalarında oyunçuların son nümayişləri cəzaya deyil, alqışlara layiq idi. Biz hamımız irqçiliyə və ayrı-seçkiliyin hər hansı formasına “Yox” deməliyik”.

Xatırladaq ki, Almaniya Futbol Birliyi ölkə çempionatının 29-cu turunda C.Floydun xatirəsinə ehtiram əlaməti olaraq qol sevincini fərqli şəkildə nümayiş etdirən futbolçuların - Sanço (“Borussiya Dortmund”), Markus Türam (“Borussiya Mönhenqladbax”) və Ueston Makkennidinin (“Şalke”) jestlərini təhlil edir. Daha əvvəl bildirilmişdi ki, Sanço üzərində “Corc Floyd üçün ədalət” yazılan formanı nümayiş etdirdiyinə görə klub tərəfindən xəbərdarlıq alıb.

Afrika əsilli C.Floyd mayın 25-də ABŞ-da polis əməkdaşlarının zorakılığı nəticəsində öldürülüb.

Onun ölümünə etiraz əlaməti olaraq, Birləşmiş Ştatların bir sıra şəhərlərində fasiləsiz kütləvi aksiyalar keçirilir.

Mənbə: azertag.az