"Atletiko"da məşqçi ayrılığı - RƏSMİ

"Atletiko"da məşqçi ayrılığı - RƏSMİ

Dieqo Simeonenin köməkçi-məşqçisi Herman Burqos "Atletiko"nu tərk edir.

Fanat.Az xəbər verir ki, Burqos "Atletiko"nun mətbuat xidmətinə verdiyi müsahibədə mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

51 yaşlı mütəxəssisin baş məşqçi kimi karyerasına davam edəcəyi bildirilir. Onun adı "River Pleyt"lə birlikdə hallanır.

Burqos 2011-ci ildən Simeone ilə birlikdə çalışırdı.

Fanat.Az

Mənbə: www.fanat.az