“Qarabağ” yoxlama görüşü keçirəcək

“Qarabağ” yoxlama görüşü keçirəcək

İyunun 1-dən məşqləri bərpa edən “Qarabağ”ın ilk yoxlama görüşünün tarixi bəlli olub.

“Qafqazinfo” klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi iyunun 9-da “Sabah”la üz-üzə gələcək. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 19:30-da başlayacaq.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayanan Azərbacan Premyer Liqası ayın 21-də start götürəcək.

Mənbə: qafqazinfo.az