Ruslar 1 milyon avro verdilər, türklər “yox” dedilər

Ruslar 1 milyon avro verdilər, türklər “yox” dedilər

Rusiyanın ÇSKA klubu "Beşiktaş”ın hücumçusu Larini transfer etmək istəyir. Kaspi.az xəbər verir ki, ruslar "Beşiktaş”a rəsmi təklif də göndəriblər. Onlar futbolçu üçün 1 milyon avro verməyə hazır olduqlarını bildiriblər. Ancaq türklər bu təklifdən imtina ediblər. amma tərəflər arasında müzakirələrin davam etdiyi bildirilir. 25 yaşlı hücumçu ötən mövsümü icarə əsasında Belçika "Sulte-Varegem”ində keçirib. Müqavilənin şərtlərinə görə, Belçika klubu iyunun sonuna qədər 2,5 milyon avro ödəsə, futbolçunu ala bilər. Kanadlı futbolçunun "Beşiktaş”la müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Məlumata görə, ruslar ona ildə 1,7 milyon avro məvacib vəd ediblər. O, Belçika çempionatında keçirdiyi 29 oyunda 7 qol vurub, 5 qol ötürməsi edib.

Mənbə: kaspi.az