İbrahimoviç qayıdır

İbrahimoviç qayıdır

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç zədəsini bərpa edir.

Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, İbrahimoviçin İtaliya A Seriyasının 31-ci turu çərçivəsində iyulun 7-də "Yuventus"la oynanılacaq matçda yaşıl meydanlara qayıdacağı gözlənilir. Daha əvvəl 38 yaşlı futbolçunun sağ ayağının plantar əzələsindəki zədə səbəbindən bir ay oynamayacağına dair məlumat yayılmışdı.

Cari mövsümdə 10 matçda meydana çıxan İbranın aktivində 4 qol, 1 məhsuldar ötürmə var.

Fanat.Az

Mənbə: fanat.az