Ceydon Sanço karyerasını "Real"da davam etdirə bilər

Ceydon Sanço karyerasını "Real"da davam etdirə bilər

Dortmund "Borussiya"sının vingeri Ceydon Sançonun növbəti "dayanacağ"ı İspaniya ola bilər.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, "Real" Sançonun xidmətində maraqlıdı. Madrid klubu 20 yaşlı futbolçunun transferini 2021-ci ilin yayında həyata keçirməyi planlaşdırır. Rəhbərlik bu yay keçidlərə böyük büdcə ayırmaq niyyətində deyil.

"Real" son illərdə gənc istedadların komandaya cəlbində maraqlıdı. Sançonun da uzunmüddətli layihənin bir parçası olacağı iddia edilir.

İngilis oyunçu uğrunda gedən mübarizədə indilik "Mançester Yunayted" favorit hesab olunur. Bununla belə, Sançonun yekun qərarı gedişata təsir göstərə bilər.

Fanat.Az

Mənbə: fanat.az