Maradonadan yeni müqavilə

Maradonadan yeni müqavilə

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona baş məşqçissi olduğu "Ximnasiya" ilə yeni müqavilə imzalayıb.

Qol.az Argentina klubunun saytına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssislə müqavilənin müddəti 2021-ci il dekabrın 31-ə kimi uzadılıb.

Qeyd edək ki, D.Maradona ötən ilin sentyabrından "Ximnasiya"nı çalışdırır.

Xatırladaq ki, "Ximnasiya" Argentina Superliqasında 24 komanda arasında 19-cu pillədə qərarlaşıb.

Mənbə: qol.az