"Arsenal" milli futbolçumuzun qardaşını 23 milyona istəyir

İngiltərə "Arsenal”ı "Feyenoord”un futbolçusu Orkun Kökçünü transfer etmək istəyir.

 

Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubunun baş məşqçi Mikel Artetanın heyətdə görmək istədiyi 19 yaşlı futbolçu üçün qarşı tərəfə təklif ediləcək məbləğ də bəllidi. "Topçular” növbəti mövsüm üçün heyətinə qatmaq istədiyi Kökçü üçün Niderland klubuna 23 milyon funt-sterlinq ödəməyə hazırdı.

 

Türkiyənin U-21 komandasının da üzvü olan Orkunun "Feyenoord”la müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

 

Orkunun qardaşı Ozan Can Kökçü hazırda "Sabah"ın futbolçusudu. O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdü.

Fanat.Az

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Kubokun sahibi müəyyənləşdi

SONRAKI XƏBƏR

İtaliya kritik dönəmi arxada qoydu