"Barselona" Neymarın transferindən imtina etdi

"Barselona" Neymarın transferindən imtina etdi

PSJ-nin hücumçusu Neymarın "Barselona"ya transferi baş tutmayacaq.

Fanat.Az İspaniyanın "Sport" nəşrinə istinadən xəbər verir ki, "Barselona" Neymarın transferindən imtina edib. PSJ braziliyalı futbolçu qarşılığında 175 milyon avro istəyir və "barter" variantından istifadə etmək niyyətində deyil.

"Katalonlar"ın bütün diqqətini Lautaro Martinesə ("İnter") yönəldəcəyi bildirilir.

Neymar 2017-ci ildə dünya transfer rekordunu qıraraq 222 milyon avro müqabilində "Barsa"nı PSJ-yə dəyişmişdi.

Fanat.Az

Mənbə: fanat.az