Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq? - RƏSMİ AÇIQLAMA

"Hələ ki, qadağa 6-7 iyuna aiddir".

Bunu "Report"a açıqlamasında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Azərbaycan Premyer Liqasının yenidən təxirə salınma ehtimalına münasibət bildirərkən deyib.

"Sonradan nə olacağına hələ baxılacaq", - Məmmədov bildirib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bazar günü - iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Azərbaycanda 6-7 iyunda evdən çıxmağa qadağa qoyulması nəzərdə tutulub.

Mənbə: report.az