Klub sahibi oldu - "Xəzər Lənkəran"ın sabiq futbolçusunun meneceri

Klub sahibi oldu - "Xəzər Lənkəran"ın sabiq futbolçusunun meneceri

Sabiq model Ana Mariya Prodan klub sahibi olub.

Apasport.az saytının məlumatına görə, 48 yaşlı FİFA meneceri Rumıniyanın "Hermanştadt" klubunun səhmlərini alıb.

Klub ciddi maliyyə problemləri ucbatından satılıb. "Hermanştadt"ın futbolçularına 700 min avro borcu var. Prodan ilk iş günündə klubun stadionuna güllərlə bəzədilmiş qara kostyumda gedib.

İndiyə qədər bir neçə klubda müxtəlif vəzifələrdə çalışmış Ana Mariya Prodanın menecerlik etdiyi futbolçular arasında vaxtilə ölkəmizdə "Xəzər Lənkəran" və "Bakı"da çıxış etmiş Uinston Parks da olub.

Qeyd edək ki, "Hermanştadt" Rumıniya Yüksək Liqasında 26 turdan sonra 25 xalla 10-cu pillədə qərarlaşır. Koronavirus pandemiyası səbəbindən dayandırılan çempionat iyunun 12-də bərpa ediləcək.

Mənbə: lent.az