Çempionlar Liqasının qalan oyunları bu ölkədə keçirilə bilər

Çempionlar Liqasının qalan oyunları bu ölkədə keçirilə bilər

UEFA 1/4 finaldan etibarən Çempionlar Liqasının oyunlarının bir-birindən maksimum 100 km. radiusda yerləşən dörd stadionda keçirilməsini istəyir.

Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, bu mövsüm ÇL-in qalan oyunlarını keçirməyə əsas namizəd Almaniyadı. Bu məqsədlə Frankfurt, Maynts, Hoffenhaym və Darmştadtdakı arenaların UEFA-ya təklif edildiyi bildirilir.

Mənbəyə görə, Almaniya ilə yanaşı, Rusiya və Portuqaliya da quruma müraciət ünvanlayıblar.

Fanat.Az

Mənbə: www.fanat.az