Azərbaycanlı dünya çempionu koronavirusa yoluxdu - ÖZƏL

Azərbaycanlı dünya çempionu koronavirusa yoluxdu - ÖZƏL

Pauerliftinq üzrə üçqat dünya və üçqat Avropa çempionu Bayram Əliyev koronavirusa yoluxub.

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayoru olan idmançının testi pozitiv çıxıb.

Hazırda o, süni nəfəs aparatına qoşulub və müalicəsi davam etdirilir.

Bu barədə idmançının özü məlumatı təsdiqləyib.

Səbuhi Musayev

Mənbə: www.oxu.az