"Real" tarixinin ən yaxşı oyunçuları kimlərdi? - Kasilyas açıqladı

"Real" tarixinin ən yaxşı oyunçuları kimlərdi? - Kasilyas açıqladı

"Real"ın sabiq qolkiperi İker Kasilyas Madrid klubunun tarixinin iki ən yaxşı futbolçusunun adlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, Kasilyas AS nəşrinə açıqlamasında qeyd edib:

"Klub tarixinin üç ən yaxşı oyunçusu? Üçünü bilmirəm, amma ikisinin adını çəkə bilərəm: Alfredo di Stefano və Kriştianu Ronaldu".

Di Stefano 1953-1964-cü illər aralığında "Real"da çıxış edib. Argentinalı "kral klubu"nun heyətində 396 oyunda 308 qol vurub, ümumilikdə 18 titul qazanıb.

Ronaldu 2009-2018-ci illərdə "Real"da oynayıb. Portuqaliyalı klub tarixinin ən məhsuldar futbolçusudu (438 oyunda 450 qol).

Fanat.Az

Mənbə: www.fanat.az