Kikboksçularımız məşqləri davam etdirirlər

Kikboksçularımız məşqləri davam etdirirlər

Bakı, 4 iyun, AZƏRTAC

Kikboksçularımız artıq bir neçə gündür məşqlərə başlayıblar. Məşqlər açıq havada olsa belə, karantin qaydalarına tam əməl edirik. Sosial məsafənin gözlənilməsi, məşqlərin kiçik qruplar şəklində keçirilməsi və digər qaydalar diqqət mərkəzindədir. Çalışırıq ki, idmançılarımızın sağlamlığını qoruyaq.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının məşqçisi Muxtar Allahyarov AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, koronavirus pandemiyası səbəbindən məşqlərdə və yarışlarda yaranmış fasilələr kikboksçuların idman formasına mənfi təsir göstərib. Qısa müddətdə məşqlər vasitəsilə təmsilçilərimizin idman formasını bərpa etmək üçün səylə çalışırıq. İdmançılarımız məşqlərə böyük həvəslə gəlirlər. Əminik ki, pandemiya tezliklə başa çatacaq və həyat normal axarına düşəcək”.

 

Mənbə: azertag.az