"Mançester Yunayted" 80 milyon avro ödəməyə hazırdı - bu futbolçuya görə

"Mançester Yunayted" 80 milyon avro ödəməyə hazırdı - bu futbolçuya görə

"Napoli"nin müdafiəçisi Kalidu Kulibali karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, "Mançester Yunayted" Kulibaliyə görə "Napoli"yə təklif göndərib. "Qırmızı şeytanlar" 80 milyon avro ödəməyə hazırdı. Neapol klubunun seneqallı futbolçu qarşılığında minimum 100 milyon avro tələb etdiyi bildirilir.

Kulibali cari mövsümdə 21 matçda meydana çıxıb. 28 yaşlı oyunçunun müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Fanat.Az

Mənbə: fanat.az