Yaponiyada Olimpiya Oyunları keçiriləcək

Yaponiyada Olimpiya Oyunları keçiriləcək

Yaponiya hökuməti və Tokio Olimpiya Oyunlarının təşkilat komitəsi koronavirus pandemiyası ilə əlaqədar tədbirin sadələşdirilmiş formada keçiriləcəyini ehtimal edir.

BiG.AZ-ın mk.ru-ya istinadən verdiyi xəbərə görə, hökumət yarışların təhlükəsizliyini təmin etmək üçün açılış və bağlanış mərasimlərində iştirak edənlərin sayını azaltmaqla yanaşı, arenalarda tamaşaçı sayını məhdudlaşdırmağı düşünür.

Təşkilatçılar həmçinin, idmançılar və işçilərdən əlavə, tamaşaçıları da icbarı koronavirus testindən keçirməyi planlaşdırırlar.

Atletlərin Olimpiya kəndi xaricində hərəkəti məhdudlaşdırıla bilər.

Daha öncə Yaponiyanın İqtisadi Bərpa naziri Yasutosi Nisimura ölkəsinin 2021-ci ilin yayında Olimpiya Oyunları keçirməyə hazırlaşdığını və bunun üçün lazım olan hər şeyi etmək niyyətində olduğunu bildirib.

 

Mənbə: big.az