"Qarabağ" və "Neftçi"nin görüşləri baş tutmayacaq

"Qarabağ" və "Neftçi"nin görüşləri baş tutmayacaq

Azərbaycanın futbol klublarının bəzi yoxlama oyunları nəzərdə tutulan vaxtda baş tutmayacaq.

"Report"un məlumatına görə, buna səbəb iki həftə ərzində həftəsonları qadağaların tətbiq edilməsidir.

İyunun 14-də "Neftçi" - "Keşlə", "Qarabağ" - "Səbail" görüşləri gerçəkləşməyəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bazar günü - iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir.

Azərbaycanda qadağaların 6-7 iyunda və 13 - 15 iyunda tətbiqi nəzərdə tutulur.

Mənbə: report.az