FIFA Rusiya klubuna transfer qadağası qoydu

FIFA Rusiya klubuna transfer qadağası qoydu

FIFA Rusiyanın "Rubin" klubunu cəzalandırıb.

"Report"un yerli KİV-ə istinadən məlumatına görə, ali futbol qurumu Kazan təmsilçisinə transfer qadağası qoyub.

Səbəb klubun 2018-ci ildə Sloveniya "Olimpiya"sından heyətinə qatdığı xorvatiyalı müdafiəçi Filip Uremoviçin transfer məbləğini qarşı tərəfin hesabına gec köçürdüyü üçün yaranan cəriməni ödəməməsidir.

Nəticədə FIFA-ya müraciət edən Lyublyana təmsilçisi "Rubin"in cəzalandırılmasına nail olub.

Qeyd edək ki, Filip Uremoviçin "Rubin"lə 2024-cü ilin yayınadək müqaviləsi var.

Mənbə: report.az