Messi "Barsa"nın "Malyorka" ilə oyununu buraxa bilər - SƏBƏB

Messi "Barsa"nın "Malyorka" ilə oyununu buraxa bilər - SƏBƏB

"Barselona"nın hücumçusu Lionel Messi La Liqanın 28-ci turu çərçivəsində "Malyorka" ilə oynanılacaq matçı qaçıra bilər.

Fanat.Az "El Chiringuito"ya istinadən xəbər verir ki, Messi adduktor əzələsində narahatlıq hiss edir. Bu səbəbdən argentanlı futbolçunun "Malyorka"ya qarşı oynamamaq ehtimalı yaranıb. Leo ötən gün komanda ilə birlikdə məşq etməyib.

32 yaşlı oyunçu mövsümün gedişində daha əvvəl də adduktor əzələ ilə bağlı problemlə üzləşmişdi.

"Malyorka" - "Barselona" oyunu 13 iyunda keçiriləcək.

Fanat.Az

Mənbə: fanat.az