Rakitiç keçmiş klubuna qayıdır?

Rakitiç keçmiş klubuna qayıdır?

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç "Sevilya"ya qayıda bilər.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Sevilya" Rakitiçin xidmətində maraqlıdı. Lakin xorvatiyalının "Barsa" ilə olan müqaviləsinin 2021-ci ilə kimi nəzərdə tutulması "əndəluslar"ın işini çətinləşdirir.

"Sevilya" bu yay transferi reallaşdırmaq üçün 15-20 milyon avro ödəməli olacaq. Bu məbləğ rəhbərliyi qane etmir. Bununla belə, Rakitiç keçmiş klubunun işini asanlaşdırmaq üçün məvacibində endirim etməyə hazırdı.

32 yaşlı futbolçu 2011-2014-cü illər aralığında "Sevilya"da çıxış edib və 149 matçda 32 qol, 41 məhsuldar ötürmə ilə yadda qalıb.

Fanat.Az

Mənbə: www.fanat.az