MOK yazı müsabiqəsi elan etdi

MOK yazı müsabiqəsi elan etdi

Milli Olimpiya Komitəsi (MOK) 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Olimpiya Oyunları – Uğur Hekayələri” mövzusunda yazı müsabiqəsi elan edib.

MOK-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müsabiqəyə olimpiadaya qatılan idmançıların həyat yolundan, uğur hekayələrindən bəhs edən araşdırma yazılar təqdim olunmalıdır.

Qaydalara əsasən, hər jurnalist bir yazı təqdim etmək hüququna malikdir. Yazı MOK-un elan etdiyi istiqamətlərə uyğun olmalıdır. Müəlliflər elan edilmiş istiqamətə uyğun olaraq yazıların mövzu və sərlövhələrini sərbəst şəkildə müəyyənləşdirə bilərlər.

Yazılar iyulun 10-dək qəbul ediləcək. Qaliblərə müvafiq olaraq 500 manat, 300 manat və 200 manat mükafat veriləcək.

Onların adları iyulun 20-də açıqlanacaq.

Mənbə: report.az