FIG təxirə salınmış daha bir yarışın tarixini açıqladı

FIG təxirə salınmış daha bir yarışın tarixini açıqladı

Martda koronavirus pandemiyası səbəbindən qeyr-müəyyən müddətədək təxirə salınan bədii gimnastika üzrə Çağırış Kuboku mərhələsinin yeni tarixi açıqlanıb.

"Report" Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytına istinadən xəbər verir ki, turnir 2021-ci ilin 9-11 iyul tarixləri arasında Moskvada təşkil olunacaq.

Daha əvvəl Çağırış Kubokunun bu ilin 10-12 iyununda keçirilməsi nəzərdə tutulurdu.

Qeyd edək ki, idman gimnastikası üzrə həm kişilər, həm də qadınlar arasında Avropa çempionatı bu il Bakıda olacaq.

Mənbə: report.az