Tanınmış məşqçinin zalı yandırıldı

Tanınmış məşqçinin zalı yandırıldı

Corc Floydun ölümü ilə əlaqədar ABŞ-da etiraz aksiyaları davam edir.

Fanat.Az xəbər verir ki, protestlər çərçivəsində zərər görmüş obyektlərdən biri məşhur qarışıq döyüşlər sənətçisi Eddi Bravoya məxsus idman zalı olub. 50 yaşlı məşqçinin ABŞ-ın Kaliforniya ştatının Lonq-Biç şəhərindəki ciu-citsu zalı yandırılıb. O, "Instagram" hesabında bu barədə məlumat verib.

Artıq zalın bərpası ilə bağlı Gofund.me saytında aksiya başlanıb və 24 saatdan qısa bir müddət ərzində 56 min dollar vəsait toplanıb.

UFC döyüşçüsü Toni Ferqyuson Eddi Bravonun məşhur tələbələrindən biridi. Amerikalı mütəxəssis "10th Planet" ciu-citsu sisteminin yaradıcısıdı.

Qeyd edək ki, Corc Floyd polisin müdaxiləsindən sonra dünyasını dəyişmişdi. Onun ölümündən sonra Amerikada "Black Lives Matter" ("Qaradərililərin həyatı önəm kəsb edir") protestləri başlamışdı.

Mənbə: fanat.az