Bələdiyyə sədrinin köməkçisi mətbuat konfransında ayaq əzələlərini göstərdi - FOTO

Bələdiyyə sədrinin köməkçisi mətbuat konfransında ayaq əzələlərini göstərdi - FOTO

Koronavirus epidemiyasından ən çox təsirlənən ölkələrdən olan İspaniyada həyat yavaş-yavaş normala dönməyə başlayarkən idman mərkəzləri də fəaliyyətini bərpa edib.

Paytaxt Madriddə bəzi stadionları gəzən və oradakı vəziyyətə nəzarət edən Madrid Bələdiyyə sədrinin köməkçisi Beqona Villasis "Vallehermoso" stadionunda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Moderator.az xəbər verir ki, Peşəkar idmançı olan Villasis karantin müddətində məşqlərə davam edib-etmədiyinə dair suallara ayaq əzələlərini göstərərək cavab verib.

Qeyd edək ki, bir çox idman tədbirlərində iştirak edən və futbol da daxil olmaqla bəzi idman matçlarını stadionda izləyən peşəkar menecer İspaniyada adından tez-tez söz etdirir.

 

Mənbə: moderator.az