Şəhriyar Məmmədyarov onlayn beynəlxalq turnirdə iştirak edəcək

Şəhriyar Məmmədyarov onlayn beynəlxalq turnirdə iştirak edəcək

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov onlayn formatda beynəlxalq turnirdə mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, iyunun 12-13-də keçiriləcək yarış Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Sharjah Chess” klubunun təşkilatçılığı ilə baş tutacaq.

Yarışa Ş.Məmmədyarovla yanaşı, özbəkistanlı Rüstəm Qasımcanov, hindistanlı Pentala Xarikrişna, amerikalı Ceffri Syun, misirli Bassem Amin və BƏƏ təmsilçisi Saleh Salem (BƏƏ) də qatılacaq.

İki dövrədən ibarət olan turnirin mükafat fondu 10 min ABŞ dollarıdır.

Mənbə: azertag.az