"Yuventus" - "Milan" və "Napoli" - "İnter" matçları bu tarixlərdə oynanılacaq

"Yuventus" - "Milan" və "Napoli" - "İnter" matçları bu tarixlərdə oynanılacaq

İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab görüşlərinin nə vaxt keçiriləcəyi məlum olub.

Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, "Yuventus" - "Milan" matçı 12 iyunda, "Napoli" - "İnter" qarşılaşması isə 13 iyunda oynanılacaq. "San Siro"da oynanılan ilk görüşdə "Milan" və "Yuventus" 1:1 hesablı bərabərliyə razı olmuşdular, "Napoli" isə səfərdə "İnter"i məğlub etmişdi - 1:0.

İtaliya Kubokunun finalı 17 iyunda keçiriləcək.

Fanat.Az

Mənbə: fanat.az