NBA-nın bərpa tarixi və hansı formada keçiriləcəyi dəqiqləşdi

NBA-nın bərpa tarixi və hansı formada keçiriləcəyi dəqiqləşdi

NBA İdarə Heyəti 2019-20 mövsümünü 22 komanda ilə davam etdirmək planını təsdiqləyib.

Fanat.Az ESPN-in insayderi Edrian Voynarovskiyə istinadən xəbər verir ki, plan səs çoxluğu (29-1) ilə qəbul edilib. Beləliklə, mövsüm iyunun 31-də ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən "Disneyuorld" əyləncə parkının bazasında bərpa ediləcək. Çempionatın qalan hissəsində 22 komanda iştirak edəcək.

Çempionat dayandırıldığı ərəfədə pley-off zonasında olan 16 komanda ilə yanaşı, 8-ci pillədən maksimum 6 oyun geri qalan 6 komanda - "Nyu-Orlean", "Portlend", "Finiks", "Sakramento", "San-Antonio" və "Vaşinqton" - mübarizəni davam etdirəcək. Yekun turni cədvəlini müəyyənləşdirmək üçün onların hər biri müntəzəm çempionatda daha 8 görüş keçirəcək.

Müntəzəm çempionatın yekununa görə, 8 və 9-cu pillələrdəki komandaların fərqi 4 qələbədən az olarsa, onların arasında əlavə turnir keçiriləcək. Belə olan halda, pley-offa vəsiqə qazanmaq üçün 8-ci yerin sahibi bir, 9-cu komanda isə iki qələbə qazanmalı olacaq.

Mövsümün 12 oktyabrdan gec olmayaraq başa çatacağı gözlənilir.

Fanat.Az

Mənbə: fanat.az