"Real" 17 yaşlı vunderkindin transferini əsas hədəf sayır

"Real" 17 yaşlı vunderkindin transferini əsas hədəf sayır

Madrid "Real"ının rəhbərliyi "Renn"in yarımmüdafiəçisi Eduardo Kamavinqa üçün hərəkətə keçib.

Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, Zinəddin Zidan Anqola və Fransa vətəndaşlığı olan 17 yaşlı vunderkindin transferində israrlıdı.

Hərçənd Fransa klubu Avropanın ən istedadlı gənclərindən olan Kamavinqa ilə az məbləğ qarşılığında vidalaşmağa tələsmir. "Renn"in idarəçiləri böyük perspektiv vəd edən gəncin yaxın 2 ildə Avropanın ən bahalı futbolçularından birinə çevriləcəyinə əmindi.

Fanat.Az

Mənbə: fanat.az