Direktor Nazarovu fərqləndirdi

Direktor Nazarovu fərqləndirdi

Almaniya 2-ci Bundesliqa təmsilçisi "Karslrue"nin idman direktoru Oliver Kryzer 30-cu turda "Erzgebirge" ilə oyun öncəsi fikirlərini bildirib.

Qol.az Almaniya mətbuatına istinadən xəbərə görə, o, Aue təmsilçisində çıxış edən millimizin üzvü Dmitri Nazarovu xüsusilə fərqləndirib: "Yaxşı komanda ilə qarşılaşacağıq. Onlarda yaxşı əhval ruhiyyədə olan bir çox yüksək səviyyəli futbolçular var. Dmitri Nazarovu xüsusilə fərqləndirərdim".

Qeyd edək ki, "Erzgebirge" - "Karslrue" görüşü iyunun 7-i keçiriləcək.

Mənbə: qol.az