Azərbaycan çempionatında koronavirus aşkarlanarsa, hansı addım atılacaq?

Azərbaycan çempionatında koronavirus aşkarlanarsa, hansı addım atılacaq?

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçulardan, hakimlərdən və digər üzvlərdən götürülən testlərdə müsbət nəticə aşkarlanacağı halda görüləcək tədbirlər açıqlanıb.

"Report"un məlumatına görə, bu barədə PFL-in çempionat və kubokla bağlı təlimatında bildirilib.

Qeyd olunub ki, belə bir hadisə baş verərsə, bu zaman daha üst qurumların tələb və tövsiyələrinə uyğun olaraq qərarlar qəbul olunacaq.

Bundan əlavə, hər oyundan əvvəl AFFA nümayəndəsinin rəhbərliyi ilə keçirilən iclasda mütləq şəkildə COVID-19-la bağlı danışılmalı və təlimata uyğun fikirlər bildirilməlidir.

Mənbə: report.az