Timo Vernerin yeni klubu bəlli oldu

Timo Vernerin yeni klubu bəlli oldu

"Layptsiq"in hücumçusu Timo Verner karyerasını "Çelsi"də davam etdirəcək.

Fanat.Az jurnalist Nikola Skiraya istinadən xəbər verir ki, transferin bütün detalları razılaşdırılıb. "Çelsi" təzminat məbləğini - 60 milyon avro - ödəyərək Verneri heyətinə qatacaq. 24 yaşlı futbolçunun müqaviləsi 5 illik olacaq. O, yeni iş yerində ilinə 10 milyon avro məvacib alacaq. Bonuslar da nəzərdə tutulub.

Transfer dəyərinin 15%-i "Ştutqart"a çatacaq. Verner "şvabiyalılar"ın yetirməsidi.

Cari mövsümdə Bundesliqada 29 matçda meydana çıxan alman forvardın aktivində 25 qol, 7 məhsuldar ötürmə var.

Mənbə: fanat.az