Koronavirus pandemiyasının yaratdığı böhranın təsir etdiyi klublardan biri də "Tottenhem"di.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, "Tottenhem" böhranın təsirini aradan qaldırmaq üçün "Bank of England"dan 175 milyon funt kredit götürüb. Ödənişlə bağlı 0,5 faiz dərəcəsi nəzərdə tutulub.
Azarkeşlərin stadionlara buraxılmaması, həmçinin "Tottenhem Stedium"da keçirilməli olan tədbirlərin təxirə salınması "Spörs"ün işini çətinə salıb. 2021-ci ilin iyun ayına kimi bilet satışı olmayacağı təqdirdə, London klubunun bu periodda 200 milyon funt gəlirdən məhrum olacağı bildirilir.
Qeyd edək ki, "Tottenhem Stedium"da Leydi Qaqanın konserti ilə yanaşı, iki NFL matçı və Entoni Coşua - Kubrat Pulev boks döyüşü keçirilməli idi.
Fanat.Az
Mənbə: fanat.az