"İki dəfə "Yuventus"dan ayrılmağa yaxın olmuşam" - Kyellini

"İki dəfə "Yuventus"dan ayrılmağa yaxın olmuşam" - Kyellini

"Yuventus"un müdafiəçisi Corco Kyellini "Real"a və "Mançester Siti"yə baş tutmayan transferlərindən danışıb.

Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, Kyellini 2010 və 2011-ci illərdə "Yuventus"dan ayrılmağa yaxın olduğunu bildirib:

"İki dəfə "Yuventus"dan ayrılmağa yaxın olmuşam: 2010 və 2011-ci illərdə bu barədə düşünürdüm. İlk təklif "Real"dan idi, ikinci dəfə isə "Mançester Siti" məni istəyirdi.

İspan klubuna keçmək üzrə idim. Menecerim "Real"ın nümayəndəsi ilə danışmışdı. Amma Mourinyu komandanın başına keçəndən sonra həmyerlisi Rikardu Karvalyunun transferini rəhbərlikdən istədi. "Yuventus" məni heyətdə saxladığına görə sevinirdi. Bir il sonra Milanda "Mançester Siti"nin rəhbəri ilə görüşdüm. Amma bu səfər də alınmadı".

Mənbə: fanat.az