"ÇL-də mövsüm ləğv olunsa, "Atletiko" qalib elan edilməlidi"

"ÇL-də mövsüm ləğv olunsa, "Atletiko" qalib elan edilməlidi"

"Atletiko"nun yarımmüdafiəçisi Koke Çempionlar Liqasında mövsümün gələcəyi ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, Koke AS-a açıqlamasında, ÇL-də mövsüm ləğv olunacağı təqdirdə, "Atletiko"nun çempion elan edilməli olduğunu bildirib:

"Çempionlar Liqasında mövsüm ləğv olunsa, biz qalib elan edilməliyik. Çünki biz son çempionu mübarizədən kənarlaşdırmışıq. Boks qaydalarında olduğu kimi...

İndi ilk növbədə La Liqa barədə düşünməliyik. Çempionlar Liqası avqustdan erkən bərpa edilməyəcək. Bütün diqqətimizi çempionata yönəltməli və yalnız bundan sonra ÇL-i düşünməliyik. Bunu bacarmasaq, uğur qazanmaq mümkünsüz olacaq".

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 finalında "Atletiko" "Liverpul"un qarşısını kəsmişdi (1:0, 3:2).

Mənbə: www.fanat.az