Ulduz basketbolçu oynamayacaq: "Mənim üçün mövsüm bitib"

Ulduz basketbolçu oynamayacaq: "Mənim üçün mövsüm bitib"

"Bruklin"in forvardı Kevin Dyurent cari mövsümdə parketlərə qayıtmağı planlaşdırmır.

Fanat.Az xəbər verir ki, ulduz basketbolçu "The Undefeated"-ə verdiyi müsahibədə növbəti mövsümə kimi gözləyəcəyini bildirib:

"Mənim üçün mövsüm bitib. Ümumiyyətlə, heç vaxt bu mövsüm oynamaqla bağlı planım olmayıb. Ötən yay zədədən sonra növbəti mövsümə kimi gözləmək qərarına gəldik. Bu mövsüm oynamaq kimi bir niyyətim olmayıb".

Ötən mövsüm NBA final seriyasının gedişində Dyurentin axilles vətəri yırtılmışdı. 31 yaşlı basketbolçunun bərpa prosesi hazırda davam edir.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən mart ayında NBA-ya fasilə verilmişdi. Son qərara görə, mövsüm 31 iyulda 22 komandanın iştirakı ilə bərpa ediləcək.

Mənbə: fanat.az