Dünyanı silkələyəcək qalmaqal: Hakim futbolçuya orta barmağını göstərdi

Dünyanı silkələyəcək qalmaqal: Hakim futbolçuya orta barmağını göstərdi

Latviyada futbol dünyasını silkələyəcək qalmaqalyaşanıb.

Sport7.az xəbər verir ki, "Riqa”nın "RFS Riqa” iləyoxlama oyununda hakim futbolçuya orta barmağını göstərib. Qarşılaşma "Riqa”nın2:0 üstünlüyü ilə yekunlaşıb.

Görüşün 75-ci dəqiqəsində hakim Andris Treymanis "RFSRiqa”nın legioneri Sedrik Kuadioya qırmızı vərəqə verib. Bununla kifayətlənməyənreferi futbolçuya orta barmağını göstərib və onu əliylə itələyib.

Amerikada Cors Flaydın ölümünün fonundayaşananlardan sonra Latviyadakı bu hadissə geniş müzakirələrə səbəb olub.

35 yaşlı Treymanis FİFA referisi adını daşıyır və2022-ci ildə keçiriləcək dünya çempionatında Avropanı təmsil etməyə namizəddi.Bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində və Avropa Liqasında 4qarşılaşmanı idarə edib. Referi özü hərəkətinə belə izah verib:

"Oyundan sonra mənə zəng vurdular və nə başverdiyini soruşdular. Həmin epizodda futbolçu özü rəqibinə orta barmağını göstərdivə buna görə qırmızı vərəqə almalıydı. Mənə təəccüblə baxdığına görə ona bunuizah etdim və bunun üçün də həmin jesti təkrarladım.

Epizoda bütövlükdə baxmaq lazımdı, mən sadəcə,futbolçuya hərəkətini izah etdim. Bəzən insanlar ağı qara edir, ya da ki, əksinə”.

Mənbə: sport7.az