Castin Qetji: "Makqreqor yenə dəmdi, ayıla bilmir"

Castin Qetji: "Makqreqor yenə dəmdi, ayıla bilmir"

Yüngül çəkidə mübarizə aparan UFC döyüşçüsü Castin Qetji Konor Makqreqorun "Twitter"də karyerasını bitirdiyini açıqlamasına reaksiya verib.

Fanat.Az xəbər verir ki, Ceksonvilldə (ABŞ, Florida) baş tutan UFC 249 turnirində Toni Ferqyusonu yenəndən sonra daha da məşhurlaşan amerikalı idmançı sosial şəbəkədə belə yazıb:

"Xoşbəxtlikdən bütün yaşlı insanlar evdən bayıra çıxmır. Çünki, bu oğlan yenə dəmdi. Sərxoşluqdan ayıla bilmir. Hələlik".

Fanat.Az

Mənbə: fanat.az