Makqreqor döyüş kariyerasını bitirdi

Makqreqor döyüş kariyerasını bitirdi

Tanınmış MMA döyüşçüsü Konor Makqreqor döyüşlərdə artıq iştirak etməyəcəyini açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, Mkqreqor öz “twitter” səhifəsindən verdiyi açıqlamada belə deyib:

“Salam. Mən artıq döyüşlərdən getmək qərarına gəlmişəm. Gözəl xatirələr üçün hamınıza təşəkkür edirəm. Çox yaxşı macəralar idi”. Qeyd edək ki, Konor Makqreqor dünyada ən məşhur MMA döyüşçülərindən biri idi. Onun ən qalmaqallı döyüşü isə Həbib Nurməhəmmədovla olmuşdu.

Mənbə: www.yeniavaz.com