Poqba qərarını verdi: Bu kluba keçmək istəyir

Poqba qərarını verdi: Bu kluba keçmək istəyir

“Mançester Yunayted”, “Yuventus” və Fransa millisinin sabiq yarımmüdafiəçisi Pol Poqba karyerasını davam etdirəcəyi yeni klubla bağlı qərarını verib.

Bu barədə “RMC Sport” məlumat yayıb.

Fransalı futbolçu “Monako”ya keçməyə razılıq verib. Hazırda o, klubla danışıqlar aparır və maliyyə baxımından müəyyən güzəştlərə getməyə hazırdır.

Bildirilir ki, Poqba transferin baş tutacağı təqdirdə ailəsi ilə birlikdə tez bir zamanda Fransanın cənubunda məskunlaşmaq üçün bütün hazırlıqları görüb.

Qeyd edək ki, Pol Poqba 2023-cü ilin avqustundan bu yana yaşıl meydana çıxmayıb. O, dopinqə görə cəzalandırılmış və diskvalifikasiya müddəti cari ilin mart ayında başa çatmışdı. Lakin hələ də özünə yeni klub tapa bilməyib və azad agent statusundadır.

Karyerası ərzində Poqba “Yuventus” və “Mançester Yunayted” klublarında çıxış edib. 2012–2022-ci illər arasında Fransa millisində 91 oyun keçirib və 11 qola imza atıb. O, 2018-ci ildə millinin heyətində dünya çempionu olub.

Mənbə: publika.az